Ərəbistanın Alimlər Şurası Bin Salmanın kənarlaşdırılmasını istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325899-Ərəbistanın_alimlər_Şurası_bin_salmanın_kənarlaşdırılmasını_istədi
Türkiyə polisinin Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair araşdırmalarının ilkin nəticəsinin elan olunmasının ardınca, Ərəbistanın Alimlər Şurası vəliəhd Məhəmməd bin Salmanın kənarlaşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 12:11 Asia/Baku
  • Ərəbistanın Alimlər Şurası Bin Salmanın kənarlaşdırılmasını istədi
    Ərəbistanın Alimlər Şurası Bin Salmanın kənarlaşdırılmasını istədi

Türkiyə polisinin Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair araşdırmalarının ilkin nəticəsinin elan olunmasının ardınca, Ərəbistanın Alimlər Şurası vəliəhd Məhəmməd bin Salmanın kənarlaşdırılmasını istəyib.

İRNA-nın məlumatına görə, Ərəbistanın Alimlər Şurası cümə axşamı bir bəyanat yayaraq, Ərəbistan vəliəhdinin səhv siyasətlərinə və zalım davranışlarına habelə, jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində müqəssir olmasına görə Məhəmməd bin Salmanın kənarlaşdırılmasını istəyib.

Ərəbistanın Alimlər Şurası öz bəyanatında Bin Salmanın yanlış davranışlarına o cümlədən alimlər və ziyalıları həbs etməsinə, ölkədə ictimai fəsad və korrupsiyaya rəvac verməsinə, milli sərvəti boş yerə xərcləməsinə və bacarıqsız kadrlara vəzifə verməsinə görə onun kənarlaşdırılmasını və daha münasib şəxsin vəliəhd təyin edilməsini istəyib.