Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin bir üzvü şübhəli şəkildə həyatını itirib
-
Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin bir üzvü şübhəli şəkildə həyatını itirib
Türkiyə mediaları jurnalist Camal Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin üzvlərindən birinin Ər-Riyadda şübhəli bir avtomobil qəzasında həyatını itirməsindən xəbər veriblər.
Türkiyədə çıxan Yeni Şəfəq qəzeti bu gün cümə axşamı yazıb: Ərəbistan ordusunun hava qoşunlarının komandanlarından olan Məşəl Səəd Əl-Bəstani Ər-Riyadda şübhəli bir avtomobil qəzasında həyatını itirib. Məşəl Səəd Əl-Bəstani 2 oktyabrda, jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdiyi zaman orada olub.
Yeni Şəfəq qəzeti hadisənin detallarına işarə etməyib.
İnformasiya mənbələri çərşənbə axşamı Türkiyə rəsmilərindən birinə istinadla Camal Qaşıqçının cəsədi, 2 oktyabrda, Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olmasından sonra yoxa çıxmasının ardınca, Ərəbistanın məhkəmə ekspertizasının patoloji həkimi Səlah Ət-Təbiqi tərəfindən mişar ilə doğranaraq, tikələrə ayrılıb.