Ən yaxşı şəraitdəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326000-Ən_yaxşı_şəraitdəyik
Livan Hizbullahının baş katibi: Şübhəsiz ABŞ və Ərəbistan başçıları "Qaşıqçı" olayına görə çətin vəziyyətdədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2018 16:27 Asia/Baku
  • Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah
    Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi: Şübhəsiz ABŞ və Ərəbistan başçıları "Qaşıqçı" olayına görə çətin vəziyyətdədirlər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Təlim və Tərbiyət" müəssisəsinin təsis edilməsinin 25-ci ildönümü mərasimində etdiyi çıxışında deyib: Biz siyasi, təhlükəsizlik, mənəvi, maliyyə, insani, ictimai, yerli və regional baxımdan ən yaxşı şəraitə malikik.

Livan Hizbullahının baş katibi əlavə edib: Qəzzə sakinlərinin yeganə yolu, dözümlülük, müqavimət və mübarizədir.

Seyid Həsən Nəsrullah həmçinin deyib: Amerikan-Səudiyyə mehvəri regionla bağlı məqsədlərini reallaşdırmaq üçün fitnə törətməyə çalışırlar.

Livan Hizbullahının baş ktibi əlavə edib: Hizbullah Camal Qaşıqçının yoxa çıxması olayında seyrici olaraq qalmaq istədi. Halbuki, bu məsələdən istifadə edə bilərdi. Heç şübhəsiz, ABŞ və Ərəbistan başçıları Qaşıqçı olayına görə çətin vəziyyətdədirlər. Amma, mən onlara deyirəm, Yəməndə savaşı durdurmaq üçün qərar qəbul etməyin ən yaxşı zamanıdır.