Ərəbistan tənqidçi jurnalisti qətlə yetirdiyini təsdiq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326080-Ərəbistan_tənqidçi_jurnalisti_qətlə_yetirdiyini_təsdiq_edib
Səudiyyə Ərəbistanı nəhyət rəsmi şəkildə səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2018 06:49 Asia/Baku
  • Ərəbistan tənqidçi jurnalisti qətlə yetirdiyini təsdiq edib
    Ərəbistan tənqidçi jurnalisti qətlə yetirdiyini təsdiq edib

Səudiyyə Ərəbistanı nəhyət rəsmi şəkildə səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini təsdiq edib.

Ərəbistan umumi prokurorluğu dünən gecə bildirib ki, Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda höcətləşmədən sonra öldürülməsinin ilkin araşdırmalarını təsdiq edir.

Ərəbistan umumi prokurorluğu bildirib: Camal Qaşıqçının ölümü barədə təhqiqat davam etməkdədir və bu işdə indiyədək on səkkiz səudiyyə vətəndaşı həbs olunub.

Qaşıqçının öldürülməsinin təsdiqi üzrə bu cür elan göstərir ki, Səudiyyə Ərəbistanı Amerika ilə ahəngdar şəkildə tənqidçi səudiyyəli jurnalistin işini idarə etməkdədir ki, səud vəliəhdi Muhəmməd bin Salmanın Qaşıqçının qətlindəki rolu gizli qalmış olsun.

Belə bir halda, Ərəbistan kralı, kral Salman da dünən gecə bu ölkənin ümumi kəşfiyyat orqanının strukturunun yenidən nəzərdən keçirilməsi üçün vəliəhdin sədrliyi altında nazirlik komitəsinin təşkili barədə göstəriş verib.

Bu göstərişin ardınca Ərəbistanın ümumi kəşfiyyat orqanının rəis müavini Əhməd Ələsiri və səud krallığının ədliyyə müşaviri Səud Əlqəhtani, Ərəbistan kralı, kral Salman bin Əbduləziz tərəfindən vəzifələrindən kənarlaşdırılıblar.

Səudiyyə kralı həmçinin Ərəbistanın ümumi kəşfiyyat orqanında kəşfiyyat üzrə rəis müavini briqada generalı Muhəmməd Mərihi, insan məsələləri üzrə rəis müavini briqada generalı Abdullah bin Xəlifə Əlşayəni və ümumi kəşfiyyat və mühafizə idarəsinin rəisi briqada generalı Rəşad Əlməhmadini vəzifələrindən kənarlaşdırıbdır.

Bundan öncə iki məlumatlı qaynaq çərşənbə günü Amerikanın CNN telekanalı ilə müsahibədə bildirmişdi ki, səudlar səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda istintaq zamanı öldürülməsinin etiraf edilməsi barədə hesabat hazırlamaqdadırlar.