BMT TŞ Əfqanıstanın Qəndəhar şəhərindəki terror hücumuna reaksiya verib
-
BMT TŞ Əfqanıstanın Qəndəhar şəhərindəki terror hücumuna reaksiya verib
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanın Qəndəhar şəhərindəki terror hücumunu pisləyib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü öz yığıncağında Qəndəharın milli təhlükəsizlik rəisi və polis komandanının öldürülməsilə nəticələnən Əfqanıstanın bu vilayətinin yüksək vəzifəli rəsmilərinə qarşı ölümcül hücumu pisləyibdir.
BMT Təhlükəsizlik Şurasının üzvləri həmçinin bu gün, şənbə günü Əfqanıstanda ümumölkə seçkilərinin keçirilməsi üçün təhlükəsiz mühitin yaradılmasını önəmli adlandırıblar. Onlar vurğulayıblar ki, hər bir formada olan zorakılıq dayandırılmalıdır.
Ötən cümə axşamı günü Qəndəhar valiliyinin binasında keçiriən təhlükəsizlik iclasında vali Zəlmay Visa, Qəndəhar vilayətinin təhlükəsizlik idarəsinin rəisi Əbdulmomin və polis komandanı Əbdulrəzzaq öldürüldü.
Bu hücumda NATO hərbçilərinin Əfqanıstandakı komandanı Skott Miller şübhəli şəkildə salamat qalıbdır.
Taliban bu hücumun məsuliyyətini öz üzərinə götürüb.