Əfqanıstan parlament seçkiləri- Qurda partlayış
-
Əfqanıstan parlament seçkiləri- Qurda partlayış
Əfqanıstanın mərkəzindəki Qur vilayət şurasının üzvü Əfqanıstan milli məclisinə seçkilərin başlanması ilə bir zamanda Talibanın bu vilayətdəki seçki məntəqələrindən bir qrupuna qarşı hücumundan xəbər verib.
Əbdolhəmid Nateqi deyib: Taliban qüvvələri bu gün səhər parlament seçkilərinin başlanması ilə bir vaxtda bu vilayətdəki seçki məntəqələrinə qarşı geniş hücumlara başlayıblar. Bu hücumlara Tulək, Pəsabənd, Dəulətyar və Ləəl rayonlarına qarşı hücumları misal göstərmək olar.
Qur vilayət şurasının bu üzvü vurğulayıb ki, həmin vilayətdəki bəzi seçki məntəqələrində səsvermə prosesi dayandırılıbdır.
Əfqanıstan parlament seçkilərinin bu gün səhərdən başlanmasından bəri bu ölkənin Fərah və Konər vilayətlərində, həmçinin Pərvan vilayətinin mərkəzi olan Çarikarda, eləcə də paytaxt Kabildə və bu şəhərin diplomatlar məskunlaşan məntəqəsində bir neçə partlayış baş veribdir.
Taliban seçkilərdən öncə təhdid edərək, bildirmişdi ki, Əfqanıstan parlament seçkilərini pozacaqdır.
Bu partlayışlar elə bir halda baş veribdir ki, on minlərlə təhlükəsizlik qüvvəsi bu gün Əfqanıstanda keçirilən seçkilərin təhlükəsizliyinin təmin edilməsini üzərinə götürübdür.