Suriyalı didərginlər Suriyaya geri dönürlər
Okt 20, 2018 17:12 Asia/Baku
-
Suriyalı didərginlər Suriyaya geri dönürlər
Suriya-İordaniya sərhədindəki Nəsib keçidinin yenidən açılması ilə bir vaxtda suriyalı didərginlərin Suriyaya geri dönmələri başlanıb.
Nəsib keçidinin fəaliyyətinin başlanmasının ardınca onlarla suriyalı didərgin bu keçid vasitəsilə öz vətəninə geri dönübdür.
Suriyalı didərginlər Dəməşqə gedən şose yolu boyunca olan asayişdən və vəziyyətdən əminlik edərək, bildiriblər ki, Nəsib keçidi açılan kimi Suriyaya qayıdış prosesi başlanıbdır.
Nəsib sərhəd keçidi İordaniya, Livan, Suriya və Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin məhsulları və əmtəə mallarının keçdiyinə görə, Suriya ilə İordaniya arasında ən fəal sərhəddir.
Suriya ordusu ötən iyul ayında Nəsib sərhəd keçidini terrorçuların işğalından azad edə bildi.