Səud qırıcılarının Əlhudəydəyə hücumunda iki yəmənli mülki həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326200-səud_qırıcılarının_Əlhudəydəyə_hücumunda_iki_yəmənli_mülki_həyatını_itirib
Təcavüzkar səud koalisiyasının qırıcıları cümə axşamı günü gecə Yəmənin Əlhudəydə əyalətinin Əlhali məntəqəsini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2018 04:18 Asia/Baku
  • Səud qırıcılarının Əlhudəydəyə hücumunda iki yəmənli mülki həyatını itirib
    Səud qırıcılarının Əlhudəydəyə hücumunda iki yəmənli mülki həyatını itirib

Təcavüzkar səud koalisiyasının qırıcıları cümə axşamı günü gecə Yəmənin Əlhudəydə əyalətinin Əlhali məntəqəsini bombardman ediblər.

Bu hücumda iki mülki həlak olub, bir qrup insan da yaralanıbdır.

Əlaləm telekanalının Yəməndəki müxbiri bildiribdir ki, təcavüzkar səud koalisiyasının qırıcıları avtobus dayanacağında və qaz balonunun doldurulması növbəsində durmuş insanları hədəfə alıblar.

Təcavüzkar səud koalisiyası Yəmənin Əlhudəydə limanını işğal etmək üçün iyunun 13-dən bəri bu limana qarşı geniş hücumlara başlayıbdır.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas yol sayılır.

BMT-nin Yəməndə humanitar işlər üzrə koordinatoru son zamanlar bildiribdir ki, bu ölkədə insani durum sürətlə ağırlaşmaqdadır.