Ərəbistan tənqidçiləri qorxutmaq üçün kiber-savaşa başlayıb
-
Ərəbistan tənqidçiləri qorxutmaq üçün kiber-savaşa başlayıb
Nyu-York Tayms qəzeti ifşa edərək bildiribdir ki, Ərəbistan hökuməti öz tənqidçilərini qorxutmaq üçün sosial şəbəkələrdə internet savaşı salıb və twitter şirkətində də bir agenti xidmətə götürübdür.
Bu amerikan qəzet bu gün belə yazıb: Ərəbistan Camal Qaşıqçı kimi tənqidçiləri qorxutmaq və ümumi fikri öz xeyrinə dəyişdirmək məqsədilə Ərriyadda "İnternet troll" adlı internet xuliqanları mərkəzi yaradıbdır ki, twitter-dəki amilinin köməyi ilə istifadəçilərin hesablarına nəzarət edə bilmiş olsun.
Nyu-York Tayms amerikan və səud rəsmilərinə istinadla əlavə edib: Səud ünsürləri sosial şəbəkələrdəki kampaniyalarına 2010-cu ildən başlayıblar.
Nyu-York Tayms-ın yazdığına görə, bu, müxalifləri susdurmaq və sosial şəbəkələrdə ali-səuda dəstək mesajlarının yayılması məqsədilə yüzlərlə nəfərin işə götürülməsi istiqamətində Ərəbistan krallıq xanədanının cəhdlərinin bir hissəsi olubdur.