Sionistlər Xan əl-Əhmər kəndini dağıtmaq qərarından geri çəkiliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326214-sionistlər_xan_əl_Əhmər_kəndini_dağıtmaq_qərarından_geri_çəkiliblər
Sionist rejim Xan əl-Əhmər kəndi sakinlərinin, digər məntəqələrdə yaşayan fələstinlilərin, eləcə də xarici fəalların bu kəndin dağıdılmasının qarşısını almaq üzrə piketinin genişlənməsindən qorxuya düşərək, geri çəkilməyə məcbur olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2018 11:00 Asia/Baku
  • Sionistlər Xan əl-Əhmər kəndini dağıtmaq qərarından geri çəkiliblər
    Sionistlər Xan əl-Əhmər kəndini dağıtmaq qərarından geri çəkiliblər

Sionist rejim Xan əl-Əhmər kəndi sakinlərinin, digər məntəqələrdə yaşayan fələstinlilərin, eləcə də xarici fəalların bu kəndin dağıdılmasının qarşısını almaq üzrə piketinin genişlənməsindən qorxuya düşərək, geri çəkilməyə məcbur olubdur.

Sionistlər Xan əl-Əhmər kəndini dağıdaraq, onun sakinlərini icbari surətdə digər bir məkana köçürmək niyyətindədirlər. Bu kəndin dağıdılması ilə, yüzlərlə fələstinlinin didərgin düşməsindən əlavə, qərb sahilində və işğal olunmuş Qüdsdəki fələstinli məntəqələr arasındakı əlaqə də kəsiləcəkdir.

Eyni zamanda, sionist divar və qəsəbə qarşısında müqavimət heyətinin sədri Vəlid Əsaf sionistlərin Xan əl-Əhmər kəndini dağıtmağı təxirə salmaq qərarına tərəddüdlə yanaşaraq, deyib: Lazımi tədbirlər, o sıradan bu kənddə qış piketi keçirmək üçün çadırların qurulması həyata keçiriləcəkdir.

Sionist rejim məhkəməsi cari milad ilinin may ayında sayı 200 nəfərə çatan 35 fələstinli ailəsinin Xan əl-Əhmər məntəqəsində yerləşən yaşayış məkanından çıxarılması hökmünü verib.

Bu ailələr 1953-cü ildə Nəqəb səhrasından çıxarılaraq, Xan əl-Əhmər məntəqəsində məskunlaşdırılmış fələstinlilərdən ibarətdir.