Taliban Əfqanıstanın Pəktiya vilayətində mərmi hücumları həyata keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326220-taliban_Əfqanıstanın_pəktiya_vilayətində_mərmi_hücumları_həyata_keçirib
Talibanın Əfqanıstanın Pəktiya vilayətindəki mərmi hücumları bir nəfərin ölümünə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2018 14:16 Asia/Baku
  • Taliban Əfqanıstanın Pəktiya vilayətində mərmi hücumları həyata keçirib
    Taliban Əfqanıstanın Pəktiya vilayətində mərmi hücumları həyata keçirib

Talibanın Əfqanıstanın Pəktiya vilayətindəki mərmi hücumları bir nəfərin ölümünə səbəb olub.

Pəktiya polis rəisi Razmohəmməd Mendozi bildirib ki, taliblərin bu gün Zurmat rayonunun icra hakimiyyəti binasına qarşı hücumunda beşi təhlükəsizlik qüvvəsi, dördü isə mülki olmaqla doqquz nəfər yaralanıbdır.

O, əlavə edib: Bu hücum təhlükəsizlik qüvvələri ilə hücumçular arasında toqquşmaya səbəb olub. 

Digər tərəfdən, Nəngərhar vilayətinin Açin rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində on bir mülki şəxs həyatın itirib.

Bu hücumlar elə bir halda baş verir ki, 70 mindən çox təhlükəsizlik və polis qüvvəsi Əfqanıstan parlament seçkilərinin ikinci gününün təhlükəsizliyini təmin etməyi öz üzərinə götürübdür.