Difteriya xəstəliyi üzündən onlarla yəmənli dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326225-difteriya_xəstəliyi_üzündən_onlarla_yəmənli_dünyasını_dəyişib
Yəmənin səhiyyə nazirliyi xəbər veribdir ki, ötən bir il ərzində əksər hissəsini uşaqlar təşkil edən 141 nəfər difteriya xəstəliyinə yoluxmaq ucbatından həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2018 15:56 Asia/Baku
  • Difteriya xəstəliyi üzündən onlarla yəmənli dünyasını dəyişib
    Difteriya xəstəliyi üzündən onlarla yəmənli dünyasını dəyişib

Yəmənin səhiyyə nazirliyi xəbər veribdir ki, ötən bir il ərzində əksər hissəsini uşaqlar təşkil edən 141 nəfər difteriya xəstəliyinə yoluxmaq ucbatından həyatını itirib.

Yəmənin səhiyyə nazirliyi bu gün bir bəyanat yayaraq bildirib ki, bu ölkədə difteriya xəstəliyinə yoluxanların sayı indiyədək 2570 nəfəri ötüb keçibdir.

Bəyanatda sonra deyilir: Yəməndə vəba və difteriya xəstəliklərinin yayılmasının başlıca səbəbi, Ərəbistanın başçılığı altında olan təcavüzkar koalisiyanın Yəmən xalqına qarşı törətdiyi müharibədir.

Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə bir bəyanatda bildirmişdi ki, təqribən 16 milyon yəmənli səhiyyə yardımlarına ehtiyac duyur və vəba xəstəliyindən əlavə, difteriya xəstəliyinə yoluxma üzrə yüzlərlə hal bu ölkənin 22 əyalətindən 15-də müşahidə olunubdur ki, bu xəstəliyə yoluxanlardan onlarla nəfərin həyatı ölümlə nəticələnibdir.