Bir qrup səudiyyə muzdlusu məhv edildi
-
Bir qrup səudiyyə muzdlusu məhv edildi
Ərəbistanın cənubunda bir qrup səudiyyə hərbçisi və muzdlusu məhv edilib.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bir qrup səudiyyə hərbçisi və muzdlusu da əsir, Nəcran və Cizan vilayətlərində məhv edilib.
Yəmən ordusu və xalq komitələri qüvvələri Ərəbistan muzdlularının Əsir vilayətində Səhvə məntəqəsinə doğru irəliləməsinə mane olaraq, təcavüzkar qüvvələrə ağır zərbə endiriblər.
Bir qrup səudiyyə hərbçisi Əl-Nar dağının şimal-qərbində Yəmən ordusunun artilleriya hücumu zamanı məhv edilib.
Hərbi bir mənbənin bildirdiyinə görə, Səudiyyə ordusu Əsir vilayətində yerləşən Ələb keçidi yaxınlığında darmadağın edilib. Bu əməliyyatda bir qrup səudiyyə hərbçisi öldürülüb və yaralanıb. Yəmən ordusu və xalq qüvvələri səudiyyə muzdlularının Nəcrandakı mövqelərini də atəşə tutublar. Nəticədə bir qrup səudiyyə hərbçisi və muzdlu qüvvə ölüb və yaralanıb.