Səud koalisiyası Əlhudəydədəki bir bazarı bombalayıb; 29 yəmənli ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326518-səud_koalisiyası_Əlhudəydədəki_bir_bazarı_bombalayıb_29_yəmənli_ölüb_və_yaralanıb
Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin Əlhudəydə əyalətinin Əlməsudi məntəqəsində yerləşən Beyt-əl-Fəqiyyə şəhərinə hücum ediblər; 19 nəfər ölüb, on nəfər yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2018 07:30 Asia/Baku
  • Səud koalisiyası Əlhudəydədəki bir bazarı bombalayıb; 29 yəmənli ölüb və yaralanıb

Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin Əlhudəydə əyalətinin Əlməsudi məntəqəsində yerləşən Beyt-əl-Fəqiyyə şəhərinə hücum ediblər; 19 nəfər ölüb, on nəfər yaralanıbdır.

Əlhudəydəki xəstəxana mənbələri bildiriblər ki, bəzi yaralıların cismani durumunun ağır olmasına görə, ölənlərin sayının artması ehtimalı var.

Təcavüzkar səud koalisiyasının qırıcıları dünən günorta çağı da Əlhudəydə şəhərini bombalayıblar. Nəticədə biri uşaq olmaqla üç yəmənli həyatını itirib, altı nəfər də yaralanıbdır.