Okt 25, 2018 16:42 Asia/Baku
  • Adil Əbdulməhdi İraqın yeni baş naziri kimi and içib

Adil Əbdulməhdi İraqın yeni baş naziri kimi bu ölkənin parlamentində and içib.

Eyni zamanda, İraq parlamentinin üzvləri dünən gecə bu ölkənin yeni nazirlər kabinetinin üzvlərinə etimad səsinin verilməsi iclasında Adil Əbdulməhdinin təklif etdiyi nazirlərdən on dördünə etimad səsi veriblər.

Muhəmməd Əlİ Həkim xarici işlər naziri, Abbas əl-Ğəzəban neft naziri və Fuad Husəyn maliyyə naziri kimi İraq parlamentindən etimad səsi almış nazirlər sırasındadırlar.

İraq parlamentindən etimad səsi almış on dörd nazir də parlament üzvləri qarşısında and içibdir.

İraq parlamentinin Adil Əbdulməhdinin təklif etdiyi digər səkkiz nazirin səlahiyyətinin araşdırılması üzrə növbəti iclası noyabrın altısında keçiriləcək. 

 

 

Teqlər