Səud prokuroru etiraf edib: Qaşıqçının qətli öncəki niyyətlə həyata keçirilib
Türkiyənin səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətlinin öncədən hazırlanmış plan əsasında həyata keçirildiyini bildirməsindən sonra bir səud prokuroru da deyib: Əldə olunan məlumatlar göstərir ki, müttəhimlər öncədən hazırlanmış plan əsasında bu jurnalisti qətlə yetiriblər.
Ərəbistan prokuroru Səud bin Abdullah əl-Muəccəb deyib: Həqiqətə çatmaq üzrə təhqiqatlar və bu qətlin amillərinin ədalətin əlinə tapşırılması davam edəcək.
Əlmuəccəb əlavə edib: Müştərək səud-türk komitəsi tərəfindən əldə olunmuş informasiyadan istifadə ilə müttəhimlər barədə təhqiqatlar davam edəcəkdir.
Səud prokurorunun sözləri elə bir halda söylənir ki, səud rejiminin məsul bir şəxsi ötən həftə Röyters xəbər agentliyinə demişdi ki, Camal Qaşıqçının fəryad etmələrindən sonra qətl amillərindən biri onun ağzını tutaraq, Qaşıqçını boğubdur.