Suriyanın müdafiə naziri İdlibin azad edilməsi əməliyyatından danışdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326561-suriyanın_müdafiə_naziri_İdlibin_azad_edilməsi_əməliyyatından_danışdı
Suriyanın müdafiə naziri ordu generalı Əli Abdullah Əyyub İdlib vilayətinin də Suriyanın digər əraziləri kimi tezliklə terrorçulardan təmizlənəcəyini dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2018 08:19 Asia/Baku
  • Suriyanın müdafiə naziri İdlibin azad edilməsi əməliyyatından danışdı
    Suriyanın müdafiə naziri İdlibin azad edilməsi əməliyyatından danışdı

Suriyanın müdafiə naziri ordu generalı Əli Abdullah Əyyub İdlib vilayətinin də Suriyanın digər əraziləri kimi tezliklə terrorçulardan təmizlənəcəyini dedi.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, ordu generalı Abdullah Əyyub cümə axşamı Suriya parlamentində deyib: Ordu qüvvələrinin fədakarlıqları savaş meydanında böyük üstünlük əldə etməyimizə səbəb olub və bu gün dünya bizim qələbələrimizin şahididir. 

Suriyanın müdafiə naziri həmçinin deyib: "Suriyanın silahlı qüvvələri ölkənin təhlükəsizliyini təmin və sabitliyi bərqərar etmək üçün istənilən an üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır. Suriyanı hədəfə alan fitnə Suriya xalqı, dövləti və ordusunun müqaviməti və mübarizəsi ilə nakam qaldı. Suriya ABŞ və Britaniya hərbçilərinin öz ölkəsindəki iştirakını qeyri-qanuni hesab edərək, bunu BMT-nin üzvü olan müstəqil bir ölkənin milli hakimiyyət haqqının pozulması kimi dəyərləndirir. 

Abdullah Əyyub sonda deyib: Amerika Suriya hökumətinin Homs, Hələb, Deyrəzzur, Şərqi Qutə, Dəra və Quneytərə vilayətlərinə nəzarəti təmin etməsi və bu əraziləri terrorçulardan təmizləməsinin ardınca, artıq Suriya hökumətinə qarşı bütün "kozır"larını itirib.