Səudiyyə Ərəbistanının cənubunda onlarla sudanlı muzdlu öldürülüb
-
Səudiyyə rəbistanının cənubunda onlarla sudanlı muzdlu öldürülüb
Livanın Əl-Məyadin telekanalı dünən gecə bildirib ki, Səudiyyə Ərəbistanının Yəmən ilə sərhədlərində onlarla sudanlı muzdlu ölüb və yaralanıb.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Səudiyyə koalissiyasının tabeliyində olan sudanlı muzdlular Hərəz və Cizan sərhəd zonasında Cemarək sərhəd keçidi yaxınlığında yəmənli qüvvələrin mina pusqusuna düşərək ölüb və yaralanıblar.
Yəmən ordusunun raket bölməsi isə Təəz vilayətində Səudiyyə koalissiyasının bazasını bir ədəd Zilzal-1 raketi ilə hədəfə alıb.
Yəmən ordusu və xalq komitələri ünən səhər çağı da Səudiyyə Ərəbistanının cənubunda Səudiyyə hərbçilərinin toplaşdıqları əraziləri Zilzal-1 raketi ilə hədəfə alıb.
Səudiyyə Ərəbistanı Amerika, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı militarist hərəkətləri 14 min yəmənlinin ölümü, onlarla adamın yaralanması və milyonlarla mülkinin didərgin düşməsi ilə nəticələnib. Bu təcavüz nəticəsinə həmçinin Yəmən ərzaq və dərman çatışmazlığı və müxtəlif xəstəliklərin yayılması kimi problemlərlə üz-üzə durur.