Bəşar Cəfəri: Suriya İdlibin terror yuvasına çevrilməsinə imkan verməyəcək
-
Bəşar Cəfəri: Suriya İdlibin terror yuvasına çevrilməsinə imkan verməyəcək
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi dünən deyib: Dəməşq İdlib vilayətinin terrorçuların növbəti yuvasına çevrilməsinə imkan verməyəcək.
İRNA-nın verdiyi məlumata görə, Bəşar Əl-Cəfəri BMT Təhlükəsizlik Şurasının Orta şərqin durumu barədə keçirdiyi iclasda İdlib vilayətinin Suriya torpaqlarının bir hissəsi olduğunu bildirərək deyib: Dəməşq İdlibin terrorçu işğalçılardan azad edilməsində əzmkardır.
Bəşar Əl-Cəfəri deyib: Bəzi qəb ölkələri BMT nizamnaməsini çox tez və hələ mürəkkəbi qurumamış pozdular. Həmin ölkələr misli görünməmiş terrorçu savaşı ilə Suriyaya qarşı məkirli plan həyata keçirdilər. Bu müharibə 7 ildir davam edir və terrorçulara dəstək üçün bazaların yaradılması ilə yanaşı olub, həmən terrorçular ki, dünyanın hər bir yerindən Suriyaya gətirildi və mötədil müxaliflər adlandırıldı. Suriyaya qarşı düşmən planları ilanın zəhəri kimi ölümcül və ziyan vericidir amma Suriya xalqının müqaviməti nəticəsində onlar heç nə edə bilmirlər.
Suriya ordusu son həftələr ərzində İdlib vilayətini terrorçuların işğalından azad etmək məqsədi ilə lazımı hazırlıqlar aparır.
İdlib vilayəti Suriyada terrorçuların son bazasıdır.
Suriya ordusunun İdlibi azad etmək üçün tədbirləri ilə eyni zamanda Amerikanın rəhbərlik etdiyi qərb məhvəri hay-küy salaraq bu əməliyyata mane olmaq istəyir.
Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin İŞİD-ə qarşı dırnaqarası beynəlxalq koalissiyanın Suriyada törətdiyi cinayətlərə diqqət çəkərək deyib: Amerikan koalissiya Suriyada terrorçu qruplardan başqa hər şeyi hədəfə alır.