Qərb Bəşşar Əsədin hakimiyyətdən götürülməsi məsələsindən geri çəkilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326620-qərb_bəşşar_Əsədin_hakimiyyətdən_götürülməsi_məsələsindən_geri_çəkilib
Türkiyə, Almaniya, Rusiya və Fransanın dövlət başçıları Suriya barədə İstanbulda keçirilən dördtərəfli iclasdan sonra bir mətbuat konfransında iştirak ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2018 06:20 Asia/Baku
  • 4 tərəfli İstanbul sammiti
    4 tərəfli İstanbul sammiti

Türkiyə, Almaniya, Rusiya və Fransanın dövlət başçıları Suriya barədə İstanbulda keçirilən dördtərəfli iclasdan sonra bir mətbuat konfransında iştirak ediblər.

Türkiyə, Almaniya və Fransa başçılarının çıxışlarındakı maraqlı cəhət, hər üç ölkənin Suriyanın prezidenti Bəşşar Əsədin hakimiyyətdən götürülməsi şərtindən geri çəkilməsi olubdur.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan terrorçuların Suriya hökumətini devirməkdə 7 il aciz qalmalarından sonra bildiribdir ki; "Bəşşar Əsədin gələcəyini yalnız Suriya xalqı təyin edəcəkdir".

Almaniya kansleri Angela Merkel də bu mətbuat konfransında belə deyib: Suriya xalqının öz taleyini təyin edə bilməsi üçün ona fürsət verilməlidir.

Fransa prezidenti Emmanuel Makron da belə söyləyib: Suriyanın gələcək siyasi sistemi barədə biz yox, məhz Suriya xalqı qərar çıxarmalıdır.

Suriyada müstəqil bir hökumətin mövcud olduğunu nəzərə çatdıran Makron bildirib ki, bu hökumətə hörmətlə yanaşmaq lazımdır.

Rusiya prezidenti Vladimir Putin də vurğualyıbdır ki, yalnız Suriya xalqının öz taleyi barədə qərar çıxarmaq haqqı vardır.

Qərblilər və Türkiyə bundan öncə dəfələrlə Əsədin hakimiyyətdən kənarlaşdırılması vacibliyini vurğulamışdılar.

Bəşşar Əsəd Suriyada ABŞ və onun müttəfiqləri tərəfindən himayə olunan terrorçularla mübarizədə əsas rol oynayır.

Suriya barədə İstanbulda keçirilən dördtərəfli iclas dünən gecə bir bəyanat yayaraq, işini başa vurubdur.

Bu bəyanatda Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunması və əsas qanun komitəsinin təşkili vurğulanıbdır.

Suriyada böhran Ərəbistan, ABŞ və onun müttəfiqlərinin himayə etdikləri terror qruplarının region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün 2011-ci ildə həyata keçirdikləri geniş hücumlarla başlanıbdır.