Okt 28, 2018 10:37 Asia/Baku
  • ABŞ yenə də Suriyanı vurdu
    ABŞ yenə də Suriyanı vurdu

Amerikanın başçılıq etdiyi sözdə anti-İŞİD koalisiyasının qırıcıları Suriyanın Diyrəzzur vilayətində yerləşən bir kəndi öz hücumları hədəfinə çeviriblər. Nəticədə beş suriyalı sivil, o sıradan bir neçə uşaq həyatını itiribdir.

Amerika koalisiyasının qırıcıları İŞİD terrorçularını müdafiə istiqamətində dünən axşam Diyrəzzurun ətrafında yerləşən əl-Bubədaran kəndini bombalayıblar.

Amerikanın başçılıq etdiyi sözdə anti-İŞİD koalisiyasının qırıcıları oktyabrın 18-i və 19-da da Diyrəzzurun cənub-şərqində yerləşən əl-Sussi və əl-Bubədaran kəndlərinə hücum ediblər. Nəticədə 62 mülki şəxs həlak olub, onlarla nəfər də yaralanıbdır.

ABŞ və müttəfiqləri Suriya və İraqda terrorçuları himayə etmək məqsədilə davamlı olaraq ordu və müqavimət qüvvələrini habelə, mülki əhalini hədəfə alırlar.

Teqlər