Yəmən səud hərbçilərinin Cizandakı mövqelərini hədəfə alıb
-
Yəmən səud hərbçilərinin Cizandakı mövqelərini hədəfə alıb
Yəmən ordusu və xalq komitələrinin artilleriya bölməsi dünən səud hərbçilərinin Cizandakı mövqelərini hədəfə alıbdır.
Bu əməliyyatda çoxlu sayda səud muzduru öldürülüb və təcavüzkarlara ağır xəsarətlər dəyibdir.
Yəmən ordusu və xalq komitələri dünən həmçinin bu ölkənin Əlhudəydə əyalətinin əl-Təhita məntəqəsində bəzi mühüm mövqeləri səud muzdurlarından təmizləməyə müvəffəq olublar. Bu əməliyyatda bir qrup səud muzduru öldürülüb.
Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Əli əl-Muşəki son zamanlar demişdi ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən diri çıxmayacağı barədə əhd-peyman bağlayıblar.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.