Okt 29, 2018 13:01 Asia/Baku
  • Yəmənin Əl-Hudəydə vilayətində Ərəbistan əleyhinə aksiya keçirilib
    Yəmənin Əl-Hudəydə vilayətində Ərəbistan əleyhinə aksiya keçirilib

Yəmənin Əl-Hudəydə vilayətinin sakinləri Ərəbistanın Yəmənə qarşı cinayətlərinin davam etməsinə etiraz olaraq, aksiya keçiriblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Yəmənin Əl-Hudəydə vilayətinin sakinləri bazar günü Munirə məntəqəsində aksiya keçirərək, Ərəbistan və ABş əleyhinə şüarlar veriblər. 

Aksiya iştirakçıları həmçinin , Səudiyyə rejiminin Yəmən xalqına qarşı cinayətlərini qınayaraq, Ali-Səudun və başçılıq etdiyi koalisiyanın Yəmən xalqına qarşı hücumlarının dərhal dayandırmasını istəyiblər. 

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcıları 24 oktyabrda Yəmənin Hudəydə vilayətində, Beyt Fəqih şəhərinin Məsudi məntəqəsində yerləşən bazarı bombalayıblar. Nəticədə onlarla nəfər ölüb və yaralanıb. 

Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri 13 iyundan etibarən Yəmənin Hudəydə vilayətinə qarşı geniş hücumlara başlayıblar. 

Yəmənin Hudəydə vilayəti bu ölkəyə göndərilən humanitar yardımların əsas giriş qapısı sayılır. 

Teqlər