İsrail Qəzzə zolağında 3 fələstinli yeniyetməni şəhid etdi
İsrail rejiminin Qəzzənin mərkəzində yerləşən Deyr Bələh məntəqəsinə olan hücumlarında 3 fələstinli yeniyetmə həyatını itirib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə deyib: İsrail hərbçiləri qırmızı aypara cəmiyyətinin təcili yardımlarına yaralıları xəstəxanaya köçürmək üçün Deyr Bələhin şərqinə giriş icazəsi verməyiblər. Beləliklə 3 yaralı yeniyetməni şəhid olduqdan sonra Əl-Əqsa Şəhidləri xəstəxanasına köçürmək mümkün olub.
İsrail ordusu bu cinayətini əsaslandırmaq üçün bu 3 fələstinli yeniyetməni sərhəd baryerlərinə yaxın ərazidə bomba quraşdırmağa çalışdıqları zaman İsrail qırıcıları tərəfindən hədəfə alındıqlarını iddia edib. Halbuki, bu yeniyetmələrin üzərindən heç bir partlayıcı maddə çıxmayıb.
BMT-nin yetərsizliyi və insan haqları iddiaçılarının sükutu sayəsində İsrail rejimi 2006-cı ildən bəri Qəzzəni mühasirədə saxlayaraq, bu məntəqəni humanitar faciə ilə üzləşdirib.
Bu arada Qəzzə sakinləri 30 mart 2018-ci il tarixindən başlanan "Qayıdış Haqqı" yürüşlərinin davamında bir daha işğal edilmiş ərazilərin sərhəd məntəqəsində aksiya keçiriblər. İndiyə kimi Qayıdış Haqqı yürüşlərində 200-dən çox insan şəhid olub, minlərlə nəfər yaralanıb.