Okt 30, 2018 10:25 Asia/Baku
  • İraqda rbəin zəvvarlarını hədəfə almaq istəyən terrorçu zərərsizləşdirildi
    İraqda rbəin zəvvarlarını hədəfə almaq istəyən terrorçu zərərsizləşdirildi

Bağdad Əməliyyat Qərargahı paytaxtın Tarimiyə məntəqəsində Ərbəin zəvvarlarına hücum etmək istəyən terrorçunun öldürülərək, zərərsizləşdirilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Bağdad Əməliyyat Qərargahı bazar ertəsi günü bir bəyanat yayaraq, bu qərargahın tabeliyində olan qüvvələr tərəfindən Bağdadın Tarimiyə məntəqəsində bir terrorçu aşkar etdiklərini və terrorçunun zəvvarlara qarşı hansısa hücum həyata keçirməsinə imkan vermədən, öldürülərək, zərərsizləşdirildiyini bildirib. 

Bu məlumatda həmçinin deyilir: Bu terroristin üzərində partlayıcı qurğu olub. O, Bağdad-Samira şose yolunda Ərbəin zəvvarlarının arasında üzərindəki partlayıcı qurğunu partlatmaq niyyətində olub. 

Bağdad Əməliyyat Qərargahı Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün ötən həftədən xüsusi təhlükəsizlik planın icra edir. 

Bu gün səfər ayının 20-si, oktyabrın 30-u İmam Hüseyn(ə) və sədaqətli tərəfdaşlarının Kərbəlada şəhid edilməsinin Ərbəini yəni, qırxıncı günüdür. 

Milyonlarla insan Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya üz tutub. 

Teqlər