Terrorçular Suriyada mülki əhalidən canlı qalxan kimi istifadə edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326677-terrorçular_suriyada_mülki_əhalidən_canlı_qalxan_kimi_istifadə_edirlər
Suriyanın BMT-dəki nümayəndəsi deyir: Terrorçular mülki əhalidən canlı qalxan olaraq istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2018 08:58 Asia/Baku
  • Terrorçular Suriyada mülki əhalidən canlı qalxan kimi istifadə edirlər
    Terrorçular Suriyada mülki əhalidən canlı qalxan kimi istifadə edirlər

Suriyanın BMT-dəki nümayəndəsi deyir: Terrorçular mülki əhalidən canlı qalxan olaraq istifadə edirlər.

Suriya dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Bəşşar Cəfəri bazar ertəsi günü BMT-nin Təhlükəsizlik Şurasının "Suriyada İnsan Haqları" mövzusunda təşkil etdiyi iclasda deyib: Terrorçular savaş meydanında mülki əhalidən canlı qalxan kimi istifadə etməklə yanaşı, xəstəxanalar və məktəblərdən sığınacaq kimi istifadə edirlər. 

Suriyalı diplomat əlavə edib: Bütün çətinliklərə rəğmən Suriya hökuməti suriyalı didərginlərin öz evlərinə qayıtmalarına şərait yaradıb. Elə buna görə də, hər gün minlərlə suriyalı didərgin ölkəyə geri dönür. 

Suriyanın BMT-dəki nümayəndəsi həmçinin deyib: Suriya terrorçuların hücumlarının və savaşın izlərinin aradan qaldırılması üçün ciddi iradəyə malik olduğunu sübut edib. 

Bəşşar Cəfəri daha sonra Qərb dövlətlərinin suriya vətəndaşlarının qırğın edilməsi qarşısında sükut etmələrinı qınayıb və deyib: İŞİD-in hücumları əsasən ABŞ-ın nəzarəti altında olan ərazilərdən həyata keçirilir. 

O, İŞİD-in hücumlarını və humanitar yardımların mülki əhaliyə çatdırılmasına mane olmasını bu məntəqə sakinlərinin problemlərinin başlıca səbəbi adlandırıb və deyib: Bu günkü iclas ilə bir vaxtda Deyrəzzurdakı terrorçu qruplar yaşayış məntəqələrinə olan hücumlarda ağ fosfor bombalarından istifadə ediblər. Halbuki, bu növ silahlardan istifadə beynəlxalq qanunlar əsasında qadağan edilib. Terrorçuların bu hücumu bir ailənin bütün üzvlərinin həlak olmasına səbəb olub. 

Suriyanın BMT-dəki nümayəndəsi sonda ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının 17 sentyabrda Deyrəzzuru bombardman etməsinə və bu hadisədə onlarla nəfərin ölməsinə işarə edərək, deyib: Bütün bunlar Qərb ölkələri tərəfindən araşdırılmalı, diqqətə alınmalıdır. Yalnız o zaman Suriyada insan haqlarının durumuna dair fikir bildirmək olar.