Suriyada ABŞ və İsrail istehsalı olan silahlar aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326695-suriyada_abŞ_və_İsrail_istehsalı_olan_silahlar_aşkar_edilib
Suriyanın rəsmi xəbər agentliyi Qüneytərədə ABŞ və sionist rejimin istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2018 07:27 Asia/Baku
  • Suriyada ABŞ və İsrail istehsalı olan silahlar aşkar edilib
    Suriyada ABŞ və İsrail istehsalı olan silahlar aşkar edilib

Suriyanın rəsmi xəbər agentliyi Qüneytərədə ABŞ və sionist rejimin istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Suriya rəsmi xəbər agentliyi SANA bildirib ki,  suriyalı qüvvələr ölkənin cənub qərbində yerləşən Qüneytərə əhalisi və milli barışıq komitələri ilə əməkdaşlıq yolu ilə azad edilmiş bir neçə kənddə sionis rejim və Amerika istehsalı olan silahlar və dərmanlar aşkar edib. 

Amerika istehsalı olan TAU reketləri, Pilotsuz Uçan Aparatlar, müxtəlif növlü hərbi təchizatlar, bir neçə ağır və yüngül texnika aşkar edilən silahlara daxildir.

Avqustun 19-da Qüneytərədə hökumətlə barışmaq istəməyən terrorçuların əraziləri tərk etmələri barədə razılıq əldə olundu və terrorçular İdlibə köçdülər. O vaxtdan bəri terrorçulardan azad edilmiş ərazilrəin təmizlənilməsi əməliyyatı davam edir. 

Suriya ordusu iyun ayının əvvəllərində strateji əhəmiyyətə malik olan Qüneytərə keçidinə nəzarəti təmin edib.