Məhəmməd Əli Husi: ABŞ-ın Yəmən müharibəsinin sonlandırılmasına dair istəyi real deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326776-məhəmməd_Əli_husi_abŞ_ın_yəmən_müharibəsinin_sonlandırılmasına_dair_istəyi_real_deyil
Yəmənin Ali İnqilab Komitəsinin sədri ABŞ-ın Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə olan hücumları dayandırmasına dair çağırışının real olmadığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2018 09:41 Asia/Baku
  • Məhəmməd Əli Husi: ABŞ-ın Yəmən müharibəsinin sonlandırılmasına dair istəyi real deyil

Yəmənin Ali İnqilab Komitəsinin sədri ABŞ-ın Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə olan hücumları dayandırmasına dair çağırışının real olmadığını deyib.

Əl-Aləm kanalının məlumatına görə, Məhəmməd Əli Husi Yəmənə qarşı təcavüzkar koalisiyaya elə amerikalıların başçılıq etdiyini deyərək, vurğulayıb: ABŞ bu jest ilə məsuliyyətdən boyun qaçırtmağa çalışır. 

ABŞ dövlət katibi Mayk Pompeo Yəməndə müharibənin sonlandırılmasını istəyib. Halbuki, Vaşinqton Ərəbistanı hərtərəfli formada himayə edərək, Ali-Səudun Yəmənə olan hücumlarına siyasi, hərbi və tədarükat baxımından yardım edir. Ərəbistanın Yəməni məhv etmək üçün istifadə etdiyi silahları da Ali-Səud rejiminə verən elə amerikalılardır.