UNICEF: Hər on dəqiqədə, bir yəmənli uşaq həyatını itirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326829-unicef_hər_on_dəqiqədə_bir_yəmənli_uşaq_həyatını_itirir
BMT-nin uşaq fondu- UNICEF dünən bir hesabatda bildirib ki, hər on dəqiqədə, bir yəmənli uşaq, profilaktikası mümkün olan xəstəliklər üzündən həyatını itirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2018 10:21 Asia/Baku
  • UNICEF: Hər on dəqiqədə, bir yəmənli uşaq həyatını itirir

BMT-nin uşaq fondu- UNICEF dünən bir hesabatda bildirib ki, hər on dəqiqədə, bir yəmənli uşaq, profilaktikası mümkün olan xəstəliklər üzündən həyatını itirir.

UNICEF həmçinin qeyd edib ki, səud koalisiyasının Yəmənə qarşı hücumlarının başlanmasından bəri təqribən altı min yəmənli uşaq həlak olub və yaralanıb.

BMT-nin uşaq fondu bildirib ki, 400 minə yaxın yəmənli uşaq da pis qidalanmadan əziyyət çəkir.

Yəməndə on bir milyona yaxın uşaq yaşayır. Onların demək olar ki, hamısı humanitar yardımlara ehtiyac duyur.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.