Fələstin muxtariyyəti sionist qəsəbə inşasını pisləyib
-
Fələstin muxtariyyəti sionist qəsəbə inşasını pisləyib
Fələstin muxtariyyətinin Xarici İşlər Nazirliyi sionist rejimin İordan çayının qərb sahilində Əl-Xəlil şəhərində sionist sakinli qəsəbələrin inkişafı layihəsini pisləyib.
İRİB-in verdiyi məlumata görə, Fələstin muxtariyyəti XİN-i bir bəyanat yayaraq beynəlxalq ictimaiyyəti sionist rejimi beynəlxalq qətnamələrə hörmətlə yanaşmağa məcbur etməyə çağırıb.
İsrail rejiminin müharibə naziri Aviqdor Liberman cüməaxşamı Əl-Xəlil şəhərinin mərkəzində yeni sionist qəsəbə inşası layihəsindən xəbər verib.
Beynəlxalq ictimaiyyət dəfələrlə Fələstin torpaqlarında xüsusiylə də İordan çayının qərb sahilində sionist qəsəbələrin inşasının qeyri-qanuni olduğunu bildirib və sionist rejimi bu ərazilərdə qəsəbə inşası əməliyyatlarını dayandırmağa çağırıb.
BMT Təhlükəsizlik Şurası 2016-cı il 23 dekabrda bu barədə bir qətnamə qəbul edərək İsrail rejiminin işğal olunmuş Fələstinin müxtəlif bölgələrində sionist qəsəbə inşası əməliyyatlarına son qoymasını vurğulamışdır.
Sionist rejim Fələstin torpaqlarına qəsəbə inşası ilə bu ərazilərdə əhalinin tərkibini sionistlərin xeyirinə dəyişmək və beləliklə öz işğalçı siyasətlərini təsbit etməyi planlaşdırır.