"Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində onlarla fələstinli yaralanıb
-
"Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində onlarla fələstinli yaralanıb
Onlarla fələstinli "Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində Qəzzə zolağının işğal olunmuş Fələstinlə səhər bölgələrində sionist rejim hərbçilərinin atəşi nəticəsində yaralanıblar.
Əl-Məyadin xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzə zolağının sakinlərindən ibarət fələstinlilər Balfor bəyannaməsinin qəbul olunmasının ildönümü günü ilə eyni zamanda ardıcıl olaraq 32-ci həftə üçün qayıdış haqqı yürüşlərində iştirak edib. Yürüşün şüarı belə olub: "Fələstin xalqı nəhs Balfor bəyannaməsini məhv edəcək".
Fələstinin Səhiyyə Nazirliyi bildirib: İndiyədək sionist rejim hərbçiləri tərəfindən birbaşa atəşə məruz qalan 32 nəfər xəstəxanaya köçürülüb və onlarla fələstinli də gözyaşardıcı qazdan xəsarət alıb.
Bu məlumata görə, sionist rejim tankları da Xan Yunusun şərqində Əl-Əudə düşərgəsinə atəş açıblar.
Fələstinlilərin qayıdış haqqı aksiyaları cari il 30 martdan strat götürdü. Məqsəd sionist rejimin işğalçılığına və Qəzzə zolağının mühasirəsinə son qoymaqdır. İndiyədək bu yürüşlərdə sionist hərbçilərin hücumları nəticəsində 200-dən çox fələstinli şəhid olub və 21 min nəfər yaralanıb.