Ş.N.Qasim: Livanın yeni nazirlər kabineti müstəqil sünnilərin iştirakı olmadan təkmilləşməyəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326957-Ş.n.qasim_livanın_yeni_nazirlər_kabineti_müstəqil_sünnilərin_iştirakı_olmadan_təkmilləşməyəcək
Livan Hizbullahının baş katib müavini dünən Livanın yeni nazirlər kabinetində müstəqil sünnilərin iştirakına təkid edib. O, belə deyib: Əgər müstəqil sünnilər hökumətdə bir nümayəndəyə malik olmazlarsa, nazirlər kabineti təkmilləşməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2018 09:11 Asia/Baku
  • Ş.N.Qasim: Livanın yeni nazirlər kabineti müstəqil sünnilərin iştirakı olmadan təkmilləşməyəcək
    Ş.N.Qasim: Livanın yeni nazirlər kabineti müstəqil sünnilərin iştirakı olmadan təkmilləşməyəcək

Livan Hizbullahının baş katib müavini dünən Livanın yeni nazirlər kabinetində müstəqil sünnilərin iştirakına təkid edib. O, belə deyib: Əgər müstəqil sünnilər hökumətdə bir nümayəndəyə malik olmazlarsa, nazirlər kabineti təkmilləşməyəcəkdir.

Şeyx Nəim Qasim özünün bu sözlərində Səəd əl-Həririnin rəhbərlik etdiyi əl-Mustəqbəl cərəyanının tabeliyində olan fraksiyadan kənar və siyasi cəhətdən müstəqil olan Livan parlamentinin sünni üzvlərindən altı nəfərə işarə edir.

Bu altı nümayəndənin dediyinə görə, əl-Mustəqbəl cərəyanı Livandakı bütün sünni əhlini təmsil etmir və nazirlər kabinetinin sünni nazirlərinin bütün payı bu cərəyana aid olmamalıdır.

Livan Hizbullahı ötən həftə özünün bütün nazirlərinin adlarını nazirlər kabinetinin təşkil edilməsi vəzifəsi tapşırılmış baş nazir əl-Həririyə təqdim etməkdən çəkindi və bu məsələni müstəqil sünnilərin durumunun həll edilməsi ilə şərtləndirdi.

Şeyx Nəim Qasim vurğulayıb: Müstəqil sünnilər məsələsi yeni bir məsələ deyil və Hizbullah öncəki aylarda və nazirlər kabinetinin təşkili ilə bağlı məşvərətlər zamanı onun həll edilməsi zərurətinə təkid edibdir.