Ərəbistan birjasında indekslərin azalması prosesi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327160-Ərəbistan_birjasında_indekslərin_azalması_prosesi_davam_edir
Ərəbistan birjasında investisiyaya malik olan xarici şirkətlərin indeksləri ötən həftə ərzində kəskin azalmanın şahidi olub. Belə ki, bu rəqəm təqribən 24 milyon dollara çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2018 15:23 Asia/Baku
  • Ərəbistan birjasında indekslərin azalması prosesi davam edir
    Ərəbistan birjasında indekslərin azalması prosesi davam edir

Ərəbistan birjasında investisiyaya malik olan xarici şirkətlərin indeksləri ötən həftə ərzində kəskin azalmanın şahidi olub. Belə ki, bu rəqəm təqribən 24 milyon dollara çatıb.

Röyters-in verdiyi məlumata görə, Ərəbistan birjasında xarici və  yerli şirkətlər tərəfindən səhmlərə olan tələbatın azalması tənqidçi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən doğan mənfi atmasferin təsirləri sayılır.

Ərəbistanın bəzi dövlət müəssisələri o cümlədən Ümumi İnvestisiya Fondunun bu ölkə birjasını dəstəkləməsinə baxmayaraq, Ərəbistan birjasında indekslərin sürətlə azalması prosesi davam edir.

Bundan öncə də Ərəbistan birjasında indekslərdə 7%-lik azalma müşahidə edilmişdi. Bu, cari ildə ən kəskin azalma sayılır.