Yəmən Ərəbistan hərbçilərinin Nəcrandakı mövqelərinə artilleriya zərbəsi endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327228-yəmən_Ərəbistan_hərbçilərinin_nəcrandakı_mövqelərinə_artilleriya_zərbəsi_endirib
Yəmən ordusu və xalq qüvvələrinin artilleriya bölməsi bazar ertəsi günü Ərəbistan hərbçilərinin bu ölkənin cənubunda yerləşən Nəcran vilayətindəki mövqelərini hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2018 08:10 Asia/Baku
  • Yəmən Ərəbistan hərbçilərinin Nəcrandakı mövqelərinə artilleriya zərbəsi endirib
    Yəmən Ərəbistan hərbçilərinin Nəcrandakı mövqelərinə artilleriya zərbəsi endirib

Yəmən ordusu və xalq qüvvələrinin artilleriya bölməsi bazar ertəsi günü Ərəbistan hərbçilərinin bu ölkənin cənubunda yerləşən Nəcran vilayətindəki mövqelərini hədəfə alıb.

İRİB-nin verdiyi məlumata görə, bu əməliyyatda çoxlu sayda muzdlu qüvvə həlak olub və təcavüzkarlar ağır zərər və ziyana məruz qalıblar. 

Yəmənin hərbi mənbələrindən biri bu barədə bildirib: Yəmən ordusu və xalq qüvvələrinin artilleriya bölməsi Nəcran vilayətində, Əl-Bəqə səhrasında təcavüzkar qüvvələrin mövqelərini hədəfə alıb. 

Bu gün həmçinin, çoxlu sayda təcavüzkar qüvvə elə bu məntəqədə Yəmənli mübarizlər tərəfindən pusquya düşürülərək, məhv edilib. 

Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Əli Əl-Muşəki son zamanlar deyib: Yəmənli mübarizlər heç bir təcavüzkarın Yəməndən sağ geri dönməyəcəyinə and içiblər. 

Ərəbistanın başçılıq etdiyi koalisiyanın intensiv hücumlarına baxmayaraq, Yəmən ordusu və xalq qüvvələrinin müdafi qüdrəti getdikcə daha da artır. 

Ərəbistan ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin birbaşa dəstəyi habelə, bir sıra qərb və ərəb ölkəsinin himayəsi ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıb. Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə olan hücumları indiyə kimi on minlərlə insanın ölməsinə və yaralanmasına, milyonlarla insanın evsiz-eşiksiz qalmasına səbəb olub. Yəmənin havadan, qurudan və dənizdən mühasirədə saxlanılması isə bu yoxsul ölkəni humanitar faciəyə sürükləyir. 

Ərəbistanın Yəmənə hücumları bu ölkənin bütün sivil infrastrukturlarının dağılmasına, ölkədə yolxucu xəstəliklərin yayılmasına səbəb olub.