Bəşşar Cəfəri: ABŞ öz qüvvələrini Suriyadan çıxartmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327231-bəşşar_cəfəri_abŞ_öz_qüvvələrini_suriyadan_çıxartmalıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi bazar ertəsi günü ABŞ-ın Suriyadakı hərbi iştirakını qeyri qanuni adlandırıb və deyib: Vaşinqton dərhal öz qüvvələrini Suriyadan çıxartmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2018 09:00 Asia/Baku
  • Bəşşar Cəfəri: ABŞ öz qüvvələrini Suriyadan çıxartmalıdır
    Bəşşar Cəfəri: ABŞ öz qüvvələrini Suriyadan çıxartmalıdır

Suriyanın BMT-dəki daimi nümayəndəsi bazar ertəsi günü ABŞ-ın Suriyadakı hərbi iştirakını qeyri qanuni adlandırıb və deyib: Vaşinqton dərhal öz qüvvələrini Suriyadan çıxartmalıdır.

İRNA-nın məlumatına görə, Bəşşar Cəfəri Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında deyib: ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyası indiyə kimi Suriyada minlərlə günahsız insanı qırğın edib. 

Cəfəri ABŞ və müttəfiqlərini Suriyadakı terrorçuların əsas himayədarları adlandırıb və deyib: Qərb dövlətləri xüsusilə Təhlükəsizlik Şurasının üzvü ölan ölkələr BMT-nin tribunasından Suriya xalqına qarşı cinayətlərini ört-basdır etmək üçün istifadə edirlər. 

Suriyanın BMT-dəki nümayəndəsi daha sonra Təhlükəsizlik Şurasından ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyadakı cinayətlərini durdurmasını istəyib. 

Bəşşar Cəfəri həmçinin, Suriya ordusunun kimyəvi silahlardan istifadəsinə dair Qərb ölkələri tərəfindən səsləndirilən ittihamları ağ yalan adlandırıb və veyib: Suriya heç vaxt kimyəvi silahlardan istifadə etməyib və bundan sonra da istifadə etməyəcək. 

Suriyanın BMT-dəki nümayəndəsi Dəməşqin kimyəvi silahlardan istifadəyə qarşı olduğunu deyərək, BMT-nin Təhlükəsizlik Şurasından İsrailin nüvə və kimyəvi silahlarını məhv etməyə çağırıb. 

Suriya prezidenti Bəşşar Əsəd son zamanlar deyib: Qərb Dəməşqin kimyəvi silahlardan istifadəsinə dair qondarma ssenari ilə Suriyaya hərbi müdaxiləyə zəmin yaratmağa çalışır. 

Suriya prezidenti həmçinin deyib: Bu ssenari Qərbin himayəsində olan terrorçuların tamamilə məğlub olduğu bir ərəfədə gündəmə gətirilib. 

Bir çox analitikin qənaətinə görə, Suriyanın kimyəvi silahdan istifadə etməsinə dair ittihamlar ümumi fikri həqiqətlərdən yayındırmağa hesablanmış bir ssenaridir. Məqsəd isə Suriya ordusunun terrorçular üzərindəki qələbəsinə dair reallığı olmadığı kimi göstərməkdir. 

ABŞ və müttəfiqləri Suriyadakı terrorçuların tam məğlub olmasından nigarandırlar. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və onların qərbli və ərəb müttəfiqlərinin dəstəklədiyi terrorçuların Suriyaya axın etməsi ilə başlandı. Bu cinayətdə məqsəd regionda güc balansını İsrailin xeyrinə dəyişmək idi.