Yəməndə 200-dən çox Səudiyyə hərbçisi öldürülüb
Noy 07, 2018 06:18 Asia/Baku
-
200-dən çox Səudiyyə hərbçisi öldürülüb
Yəmənin silahlı qüvvələrinin sözçüsü General Yəhya Səri dünən gecə Yəmənin qərbində Əl-Hüdəydə limanında 200-dən çox Səudiyyə hərbçisinin öldürüldüyüü bildirib.
İRNA-nın verdiyi məlumata görə, təcavüzkar Səudiyyə koalissiyası qüvvələrinin iyun ayından bəri Əl-Hüdəydə limanını işğal etməyə dair cəhdləri Yəmən ordusu və xalq komitələrinin müqaviməti nəticəsində nakam qalıb.
Əl-Hüdəydə qırmızı dəniz sahillərində yerləşən strateji əhəmiyyətə malik bir limandır və müharibədən zərərə çəkmiş Yəmənə humanitar yardımların yeganə giriş keçidi hesab olunur. Yəmənə ərzaq malları, dərman və səhiyyə yardımlarının 70 faizi bu liman vasitəsi ilə həyata keçirilir.