Noy 07, 2018 20:08 Asia/Baku
  • Yəmənə qarşı vəhşiliklər davam edir
    Yəmənə qarşı vəhşiliklər davam edir

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumları davam edir. Hər gün onlarla günahsız insan qırğın edilir. Buna baxmayaraq, beynəlxalq dairələr və dünya ictimaiyyəti hələ də susur.

Ərəbistanın başçılığı altında Yəmənə qarşı başladılmış müharibə 4 ildir ki, davam edir. Bu müddət ərzində Yəmən xalqına qarşı yüzlərlə dəhşətli cinayət və vəhşiliklər törədilib. Əsasən qadın və uşaq olan minlərlə insan həlak olub. Amansız hücumlarla yanaşı Yəmənin mühasirədə saxlanılması ölkəni aclıq fəlakətinə sürükləyib. Təcavüzkar qüvvələrə ölkəyə qida maddələri, dərman preparatları və humanitar yardımların gətirilməsinə icazə vermirlər.

Yəmənli analitik deyir: “Ötən 4 il ərzində Yəmənin bütün infrastrukturları tamamilə məhv edilib. Tam bir vəhşilik olan hava hücumlarında birbaşa olaraq mülki əhali hədəfə alınır. Hazırda Yəmən aclıqdan ən çox əziyyət çəkən ölkədir. Müharibə nəticəsində ölən və yaralananların sayı da durmadan artır.”

 Yəmən xalqının ağrı və acılarının sadəcə kiçik bir hissəsi Əl-Məsirə və bir sıra digər müstəqil media tərəfindən işıqlandırılır. Amma, elə bunun özü də Ərəbistanın Əl-Məsirə kanalının yayımını dayandırmağa və bununla da Yəməndəki cinayətlərinin ifşa edilməsinin qarşısını almağa səy göstərməsinə səbəb olub. Yəmənli qız uşağı Əməl Hüseynin aclıqdan həyatını itirməsi isə Ərəbistanın Yəməndəki cinayətlərinin ən son nümunəsidir.

Bir başqa yəmənli analitik isə deyir: “Dünya medialarında Ərəbistanın ABŞ-ın yaşıl işığı və dəstəyi ilə Yəməndə törətdiyi cinayətlərin işıqlandırılmasına maraq son zamanlar xeyli artıb. Təcavüzkarlar cinayətlərinin ifşa edilməsini istəmir və buna mane olmağa çalışırlar. Amma, indiyə kimi Əl-Məsirə kanalının yayımını dayandıra bilməyiblər. Bu kanal Yəmən xalqının ağrı və acılarını habelə, döyüş meydanındakı reallıqları işıqlandırmaqla məşğuldur.”

Yəmən xalqına edilən zülmün dastanı hələ başa çatmayıb. Təcavüzkarlar hər gün Yəməndə mülki əhalini hədəfə alır və günahsız insanları qırğın edirlər. Maraqlıdır, bu qədər iri miqyasda cinayətin törədilməsinə baxmayaraq, heç kim bu vəhşiliyi durdurmaq istəmir.

 

Teqlər