Noy 07, 2018 20:45 Asia/Baku
  • İraq seçkilərinin namizədlərinin cəsədləri İŞİD qurbanları qəbiristanlığında
    İraq seçkilərinin namizədlərinin cəsədləri İŞİD qurbanları qəbiristanlığında

İraq ordusu İŞİD terrorçuları tərəfindən öldürülən və içərisində İraqın 2014-cü il parlament seçkiərinə namizədlərin də olduğu kütləvi qəbiristanlığı aşkar etdiyini bildirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraq ordusunun komandanlarından olan Kərim Əl-Übeydi deyib: Mosulun şimal qərbində Baduş bölgəsində aşkar edilən kütləvi qəbiristanlıqdan İŞİD terrorçularının bir çox qurbanlarının cəsədləri aşkar edilib. 

İraq ordusu indiyədək İraqın müxtəlif bölgələrində İŞİD qurbanlarının cəsədlərindən ibarət kütləvi qəbiristanlıqlar aşkar edib. 

Musul şəhəri ötən il 10 iyulda İraq ordusu və Həşdüşşəbi qüvvələri tərəfindən azad edildi. 

Teqlər