Məhəmmədəli Əl-Husi: ABŞ Yəmənə qarşı müttəfiqlərinə dəstək verir
-
Məhəmmədəli Əl-Husi: ABŞ Yəmənə qarşı müttəfiqlərinə dəstək verir
Yəmən inqilabının ali komitəsinin sədri deyib: Amerika Yəmənə qarşı təcavüzdə öz müttəfiqlərinə dəstək verir.
İRİB-in verdiyi məlumata görə, Məhəmmədəli Əl-Husi Vaşinqton Post qəzetində dərc olunan bir məqalədə bildirib ki, Amerikan-Səudiyyə-BƏƏ koalisiyası tərəfindən Yəmənin Əl-Hədidə şəhərinə qarşı hücum üçün aranı qarışdırmaq cəhdləri göstərir ki, Amerikanın atəşkəs barədə tələbləri boş iddiadan başqa heç nə deyilmiş.
Amerikanın müdafiə naziri və dövlət katibi Ceyms Mətis və Mayk Pompeo son günlər Yəməndə atəşkəsin bərqərar olunması və sülh müzakirələrinin başlanmasına çağırmışdılar.
Məhəmmədəli Əl-Husi deyib: ABŞ rəsmilərinin son bəyanatları beynəlxalq ictimaiyyətin ümumi fikrini yayındırmaq cəhdləridir və Səudiyyə başçıları avanturist olaraq diplomatiyaya laqeyddirlər.
Yəmən inqilabının ali komitəsinin sədri təcavüzkar Səudiyyə koalissiyasının Yəməndə qıtlıq və vəba xəstəliyinin yayılmasından silah kimi istifadə etməsinə toxunaraq deyib: Səudiyyə-BƏƏ-Amerikan koalisiya maliyyə dəsətyi kəsəcəkləri ilə hədələməklə BMT-dən bac alırlar sanki, bu təşkilat xeyriyyə müəssisəsidir və beynəlxalq hüquq və TŞ qətnamələri əsasında hansısa məsuliyyətə malik deyil.