Noy 10, 2018 17:15 Asia/Baku
  • İraq ordusu İŞİD-in mövqelərini hədəfə aldı
    İraq ordusu İŞİD-in mövqelərini hədəfə aldı

İraq ordusu Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərbində İŞİD terrorçularının mövqelərinə hücum edib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraq ordusunun komandanlarından olan Qazi Əl-İbar şənbə günü ordunun Quru Qoşunları və Hava Qüvvələrinin  Mosulun şimal-qərbində yerləşən Ətşanə yüksəkliklərində İŞİD terrorçularının mövqelərinə qarşı birgə əməliyyata başladıqlarını deyib. 

Ötən cümə axşamı da İraq ordusu Əl-Ənbar vilayətində 6 İŞİD terrorçusunu o cümlədən iki dəstə başçısını məhv etmişdi. 

İraq 2017-ci ilin dekabrında ölkənin bütün ərazilərini İŞİD-in işğalından azad etsə də, terrorçular hələ də bəzi məntəqələrdə pərakəndə şəkildə fəaliyyət göstərirlər. Xüsusilə ölkənin şimal və qərb bölgələrində habelə, paytaxt Bağdada yaxın ərazilərdə terrorçular hələ də təxribatçılıqla məşğuldurlar. 

Teqlər