Əfqanıstanın Nəngərhar vilayətində 22 İŞİD üzvü məhv edilib
Noy 11, 2018 10:52 Asia/Baku
-
Əfqanıstanın Nəngərhar vilayətində 22 İŞİD üzvü məhv edilib
Əfqanıstanın ordu qüvvələrinin Nəngərhar vilayətindəki hücumunda İŞİD terror qrupunun 22 üzvü öldürülüb.
Nəngərhar valiliyinin mətbuat xidməti bildirib ki, ordu qüvvələri dünən İŞİD terror qrupunun Nəngərhar vilayətində yerləşən "Naziyan" rayonundakı gizli məkanına hücum edərək, bu təkfirçi qrupun daha bir qrup üzvünü yaralayıb və həbs ediblər.
Digər bir xəbərə görə, Qəzney vilayətinin Cağuri və Malestan rayonlarında Taliban qüvvələri ilə Əfranıstanın təhlükəsizlik qüvvələri arasındakı döyüşlər davam edir.
Taliban öz hücumlarının davamında dünən gecə Qəzney vilayətinin Cağuri məntəqəsinə hücum edibdir ki, bu hücum hökumət və xalq qüvvələrinin müqaviməti ilə üzləşib və taliblər geri çəkilməyə məcbur olublar.