Sionistlər fələstinli məktəblilərə hücum ediblər
-
Sionistlər fələstinli məktəblilərə hücum ediblər
Sionist hərbçilərin Əlxəlil şəhərindəki "Tariq bin Ziyad" məktəbində keçirilən Fələstin muxtariyyətinin mərhum sədri Yasir Ərəfatın ölümünün 14-cü ildönümü mərasiminə hücumu nəticəsində onlarla fələstinli məktəbli və bir müəllim yaralanıbdır.
"Tariq bin Ziyad" məktəbinin direktoru Əli Ərfaiyyə deyib: Sionist hərbçilər bu gün məktəbə hücum edərək, Yasir Ərəfatın ölümünün 14-cü ildönümü mərasimini pozdular. Onlar məktəblilərə tərəf gözyaşardıcı qaz işlədib, onlara tərəf səs bombaları ataraq, onlardan onlarla nəfəri yaralayıb və boğuntu halına salıblar.
Əlxəlil şəhərinin cənubunda yerləşən "Tariq bin Ziyad" məktəbi sionist rejimin xəfiyyə nəzarəti altındadır. Bu məktəb bundan öncə də sionist rejim hərbçilərinin təcavüzünə məruz qalıbdır.
Həmçinin sionist rejim hərbçiləri qərb sahilində yerləşən bir neçə şəhərə və Əlbirə şəhərinin Əlbalu məhəlləsinə hücum edərək, fələstinli gənclərlə toqquşub və onların bir qrupunu həbs ediblər.