Noy 12, 2018 14:04 Asia/Baku
  • Amerikan koalisiyanın qırıcıları Suriyanın şərqini bombalayıblar
    Amerikan koalisiyanın qırıcıları Suriyanın şərqini bombalayıblar

ABŞ-ın başçılıq etdiyi sözdə "anti-İŞİD" koalisiyası qırıcılarının Suriyanın Diyrəzzur məntəqəsinin Həcin kəndinə qarşı hücumunda azı iki qadın və iki uşaq öldürülüb.

Cümə günü gecə də amerikan koalisiyanın qırıcıları Həcin-də 26 suriyalı mülkini qanına qəltan etdilər.

Amerikan koalisiyanın qırıcıları son günlər dəfələrlə bu kəndi bombalayıblar. Bu hücumlarda qadağan olunmuş fosfor bombalarından istifadə edilibdir.

Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.

Amerika son illərdə terror qrupları ilə mübarizə bəhanəsilə dəfələrlə Suriya və İraqda sivilləri hədəfə alıbdır. Sözdə "anti-İŞİD" koalisiyası Barak Obamanın prezidentliyi dövründə və Suriya və İraqda yerləşən terrorçularla mübarizə kimi iddia olunan hədəflə formalaşıbdır.

Belə bir halda, rəsmi məlumatlara görə, Amerika və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının silah və maliyyə cəhətdən əsas təminatçılarından və ümumiyyətlə bu qrupların təsisçilərindən sayılırlar.

Teqlər