Bəşar Əsəd azd edilmiş qadın və uşaqlarla görüşüb
-
Bəşar Əsəd azd edilmiş qadın və uşaqlarla görüşüb
Suriya prezidenti dünən İŞİD terrorçularının əsrirliyindən azad eidlmiş bir qrup suriyalı qadın və uşaqla görüşüb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, terrorçu İŞİD qrupunun ünsürləri 25 iyulda Suriyanın cənub şərqində amerikan koalisiyasının işğalı altında olan bölgələrdən Əssəvida vilayətinə hücum edərək 250 nəfəri qırğın etdilər və daha çox qadın və uşaqlardan ibarət olan 30 nəfəri də girov götürdülər.
Suriya ordusu ötən cüməaxşamı girovlardan 19 nəfərini özəl bir əməliyyat nəticəsində azad etməyə müvəffəq oldu.
Suriya ordusu öncə də başqa bir əməliyyatda həmin girovlardan 6 nəfərini azad etmişdi.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə başladı.