Sionist rejimin miqrasiya naziri də istefa verdi
Noy 15, 2018 06:05 Asia/Baku
İnformasiya mənbələri sionist rejimin baş naziri Beynyamin Netanyahunun nazirlər kabinetinin ikinci nazirinin istefasından xəbər verirlər.
Sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefasından sonra doqquz il bundan öncədən bu rejimin miqrasiya naziri olan Sofa Landver öz istefasını elan edibdir.
Sofa Landver sionist rejimin nazirlər kabinetində bir sağçı partiyanın üzvlərindən və bu rejimin Qəzzədə fələstinli müqavimət qrupları qarşısındakı ağır məğlubiyyətindən sonra Beynyamin Netanyahunun nazirlər kabinetinin ikinci qurbanı sayılır.