Netanyahunun nazirlər kabineti dağıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328064-netanyahunun_nazirlər_kabineti_dağıldı
Sionist rejim mediaları bildiriblər ki, gələn bazar günü koalisiya partiyalarının sədrləri işğal olunmuş Fələstin ərazilərində növbədənkənar seçkilərin keçirilməsinin zamanı barədə məşvərət və fikir mübadiləsi aparacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2018 16:28 Asia/Baku
  • Netanyahunun nazirlər kabineti dağıldı

Sionist rejim mediaları bildiriblər ki, gələn bazar günü koalisiya partiyalarının sədrləri işğal olunmuş Fələstin ərazilərində növbədənkənar seçkilərin keçirilməsinin zamanı barədə məşvərət və fikir mübadiləsi aparacaqlar.

Son döyüşlərdə Fələstin müqaviməti mehvəri qarşısında məğlubiyyətin ardınca sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefa verməsindən sonra bu rejimin baş naziri Benyamin Netanyahunun koalisiya kabineti əksəriyyətdən çıxdı.

Belə bir halda, Netanyahu bu gün bu rejimin təhsil naziri Naftali Bennet ilə koalisiya kabinetinin gələcəyi barədə iclas keçirdi, amma razılıq əldə olunmadı.

Naftali Bennetin başçılıq etdiyi "yəhudi evi" partiyasının Netanyahunun koalisiyasından çıxması ilə sionist rejimin nazirlər kabineti qəti şəkildə dağıldı. Buna görə, işğal olunmuş Fələstin ərazilərində növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Liberman çərşənbə günü sionist rejimin nazirlər kabinetinin Qəzzə zolğında müqavimət ilə atəşkəs planı ilə razılaşmasının ardınca öz vəzifəsindən istefa verdi və növbədənkənar seçkilərin keçirilməsini istədi.

Qəzzə ilə sionist rejim arasındakı gərginliyin yeni mərhələsi sionist rejimin xüsusi təyinatlı bölməsinin bazar günü axaşmçağı Qəzə zolağının şərqində yerləşən Xan Yunus şəhərinə məxfi girişlə Həmas-ın hərbi qolunun yeddi üzvünü, o sıradan İzzəddin Əl-Qəssam batalyonlarının komandanlarından olan Nur Məhəmməd Bərkəni şəhid etməsindən sonra başlanıb. Bu hücumda sionist rejim ordusunun yüksək rütbəli bir zabiti öldürülüb, bir sionist zabit də yaralanıbdır.

Son qarşıdurmanın özəlliklərindən biri, Qəzzədəki müqavimət qruplarının raket qüdrətinin nümayiş etdirilməsi olubdur.

Sionist rejim ordusu çərşənbə axşamı günü bildiribdir ki, Qəzzədən işğal olunmuş ərazilərə tərəf 460 ədəd raket atılıbdır.

Müqavimətin qətiyyətli raket cavabı bais oldu ki, sionist rejim atəşkəsin bərqərarı üçün Misirə yalvarmış olsun. Bu atəşkəs çərşənbə axşamı günü axşamçağı bərqərar edildi.