Səudiyyənin Əl-Hüdəydəyə hava hücumunda 12 mülki ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328127-səudiyyənin_Əl_hüdəydəyə_hava_hücumunda_12_mülki_ölüb_və_yaralanıb
Səudiyyə rejiminin qırıcıları dünən gecə Yəmənin qərbində Əl-Hüdəydə vilayətində yaşayış massivlərini neçə dəfə bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2018 06:49 Asia/Baku
  • Səudiyyənin Əl-Hüdəydəyə hava hücumunda 12 mülki ölüb və yaralanıb

Səudiyyə rejiminin qırıcıları dünən gecə Yəmənin qərbində Əl-Hüdəydə vilayətində yaşayış massivlərini neçə dəfə bombalayıblar.

İRİB-in verdiyi məlumata görə, bu hücumlarda ən azı 9 nəfər o cümlədən 3 qadın həlak olub, 3 nəfər də yaralanıb.

Təcavüzkar Səudiyyə koalissiyası 13 iyundan etibarən Əl-Hədidə limanını işğal etmək məqsədi ilə geniş hücumlara start verib. 

Əl-Hədidə limanı Yəmənə humanitar yardımların çatdırılmasında əsas limandır. 

BMT humanitar yardımlar üzrə koordinatoru bildirib ki, Yəməndə insani durum son dərəcə acınacaqlıdır. 

Lis Grandi təcavüzkar Səudiyyə koalissiyasının Əl-Hədidəyə amansız hücumlarına toxunub və deyib: Yəmənli ailələr hava hücumlarına görə qorxu içində yaşayırlar. 

BMT-nin Yəməndəki humnitar məsələlər üzrə koordinatoru öncə də Əl-Hədidədə insani faciənin baş verəcəyi barədə xəbərdarlıq etmişdi və bildirmişdi ki, bu limanda yaşayan yüz minlərlə mülki ölüm təhlükəsi ilə üz-üzədir.