İki milyondan çox zəvvar İmam Həsən Əskəri(ə)-ın şəhadəti mərasimində iştirak edib
-
İki milyondan çox zəvvar İmam Həsən Əskəri(ə)-ın şəhadəti mərasimində iştirak edib
İmameyn Əskərieyn(ə) hərəminin müqəddəs astanının idarəsi Samirrada keçirilən şiələrin on birinci imamının şəhadətinin ildönümü günü mərasimində iki milyondan çox zəvvarın iştirakından xəbər verib.
İmameyn Əskərieyn(ə) hərəminin müqəddəs astanının sözçüsü Rəhman Fəyyaz Əlməlumə xəbər portalı ilə müsahibədə deyib: İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günündə zəvvarların ziyarəti heç bir hadisə olmadan və dincliklə həyata keçibdir.
Rəhman Fəyyaz vurğulayıb: 3500 könüllü və İmam Husəyn(ə) karvanının 500 üzvü zəvvarlara xidmətdə iştirak edib və daxili və xarici olmaqla 200-dən çox müxbir və media, İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü mərasimini işıqlandırıb.
Milyonlarla iraqlı və qeyri-iraqlı müsəlman hər il rəbiuləvvəl ayının səkkizində İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü gününü qeyd edir.