Bəhreyndə xalq etirazları genişlənir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328220-bəhreyndə_xalq_etirazları_genişlənir
Bəhreyn xalqı bir daha ali-xəlifə rejiminin repressiya siyasətlərinə və bu rejimin nümayişkaranə parlament seçkilərinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2018 15:25 Asia/Baku
  • Bəhreyndə xalq etirazları genişlənir
    Bəhreyndə xalq etirazları genişlənir

Bəhreyn xalqı bir daha ali-xəlifə rejiminin repressiya siyasətlərinə və bu rejimin nümayişkaranə parlament seçkilərinə etiraz olaraq, aksiya keçirib.

Bu aksiyanın iştirakçıları Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifənin şəkillərini bu ölkənin şimalındakı bir qəsəbənin küçələrində ayaq altına səriblər və avtomobillər də onların üzərindən keçiblər.

Bəhreynin müxtəlif məntəqələri dünən də nümayişkaranə parlament seçkilərinin qəbul edilməsinə qarşı xalq aksiyalarının şahidi olublar.

Ali-xəlifə rejiminin bildirdiyinə görə, Bəhreyn parlament seçkiləri noyabrın 24-də keçiriləcək. Bəhreyndə xalq, siyasi partiya və qruplar bu nümayişkaranə seçkiləri boykot ediblər.