Sülhə dəstək istiqamətində Yəmən raket atışı və PUA uçuşunu dayandırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328261-sülhə_dəstək_istiqamətində_yəmən_raket_atışı_və_pua_uçuşunu_dayandırıb
Yəmən Ali İnqilab Komitəsinin sədri dünən gecə səud koalisiyasının öz təcavüzlərini davam etdirmək üzrə hər bir bəhanəsini kəsmək və sülhə dəstək istiqamətində bu ölkənin raket atışı və pilotsuz uçan aparatlarının hücumlarının dayandırılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2018 08:44 Asia/Baku
  • Sülhə dəstək istiqamətində Yəmən raket atışı və PUA uçuşunu dayandırıb
    Sülhə dəstək istiqamətində Yəmən raket atışı və PUA uçuşunu dayandırıb

Yəmən Ali İnqilab Komitəsinin sədri dünən gecə səud koalisiyasının öz təcavüzlərini davam etdirmək üzrə hər bir bəhanəsini kəsmək və sülhə dəstək istiqamətində bu ölkənin raket atışı və pilotsuz uçan aparatlarının hücumlarının dayandırılmasından xəbər verib.

Muhəmməd Əli Əlhusi bir bəyanatda bildirib: Yəmən BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin istəyinə əsasən, özünün raket və pilotsuz uçan aparatlarının hücumlarını dayandırır ki, Yəməndə sülh üçün fürsət yaranmış olsun.

Yəmən Ali İnqilab Komitəsinin sədri bu ölkənin raket və pilotsuz uçan aparatlarının hücumlarının səud koalisiyasının Yəmənin infrastrukturlarına qarşı təcavüzləri və hücumları qarşısında bir müdafiə addımı olduğunu vurğulayaraq, belə qeyd edib: Əgər səud koalisiyası sülh istəyirsə, Yəmən bütün cəbhələrdə öz hərbi əməliyyatlarını dayandırmağa hazırdır.

Muhəmməd Əli Əlhusi söyləyib: Yəmən sülhün bərqərarı üzrə bütün səyləri himayə edir.

Əlhusi qeyd edib: Yəmən müasir dünyada misli görünməmiş və səud koalisiyasının təcavüzakarlığı və mühasirəsinin nəticəsi olan bir insan böhranından əziyyət çəkir.

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbəxiti isə belə deyib: Hərbi əməliyyatların dayandırılması təklifi təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumları davam etdirmək üzrə bəhanəsini kəsmək məqsədini güdür.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.